• Video
  • 25 Fevral 2017 21:06

NАSA Marsın "ürəyini" göstərdi - Video

NASA əməkdaşları Marsın yerüstü səthindən şəkil təqdim ediblər.

AzNews.az xəbər verir ki, şəkildə planetin suxurları görsənir. Həmçinin qeyd olunub ki, planetin əksər hissəsi dərinlikdə yerləşən xırda dənəli suxurlarla örtülüdür. Şəkildən göründüyü kimi yalnız planetin qırmızı təbəqələri qabarmaya məruz qalıb və qismən qum təpələri ilə örtülüb.

Şəkillər NASA-nın Mars Orbit Kəşfiyyatçısının tərkibində olan yüksək keyfiyyətli HiRISE kamerası vasitəsiylə görüntülənib. HİRISE-nin rəsmi Twitter səhifəsində yer alan görüntülərə planetin “təsirli ürəyini” yaxaladıq deyə şərh verilib.