Dalğıc 4 gün suyun altında qaldı - Yeni rekord cəhdi (Video)

Misirli Səddam Kiləni uzun müddət suyun altında qalmaqla Ginnesin Rekordlar Kitabına düşməyə cəhd göstərib.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, təşəbbüskar 100 saat 20 dəqiqə suyun altında qala bilib.

Qeyd edək ki, rekord 120 saat 1 dəqiqə 9 saniyə təşkil edir.

Rekord cəhdi baş tutmasa da, Kiləni 4 gün ərzində suyun altında qalmağı bacarıb. Həmin vaxt ərzində o, suyun altında yeyib-içib, boş vaxtlarında domino oynayıb və axşam düşdükdə isə yatıb. O, hətta, öz ad gününü də suyun altında dostları ilə birgə keçirib.

Bəxtiyar Abbasov

AzNews.az