Uşağı əlindən alınan ana “Adam içində“ - Video

ANS TV-nin "Adam içində" proqramında müzakirəyə çıxarılan uşağı əlindən alınan Şəfa xanımın problemi artıq ictimaiyyətin diqqətindədir. Proqramın aparıcısı Elgiz Əkbər ANS PRESS-ə açıqlamasında, məsələnin bazar ertəsi yenidən müzakirəyə çıxarılacağını bildirdi: "Şəfa xanımın məsələsinin ictimaiyyətin maraq dairəsində olduğunu nəzərə aldığını nəzərə alıb müzakirəni davam etdirəcəyik. Artıq uşağın kimdə qalacağı barədə məhkəmə qərar çıxarıb. Bu qərarı bazar ertəsi "Adam içində" açıqlayacağıq. İctimaiyyət ananın tərəfindədir. Amma görək qanun nə deyəcək? Səbrli olun, hər şey 2 gündən sonra məlum olacaq."

Uşağına işgəncə vermə səbəbi ilə həyat yoldaşı tərəfindən əlindən alınan Şəfa "Adam içində" proqramından imdad diləyir. Ana iddia edir ki, həyat yoldaşı uşağı oğurlayaraq ondan gizlədir. Qarşı tərəf, yəni uşağın atası Əli bəy bildirib ki, ana uşağı mütamadi olaraq döyür. Və bunu sübut etmək üçün videokadrlar göndərib. Uşağını tərbiyə etmək məqsədilə yavaşcadan tənbeh etdiyini boyuna alır və bu addımını da qaynanasının təzyiqilə ilə atdığını bildirir.


25 gündür körpəsinin üzünə həsrət qalan və ANS-dən kömək istəyən Şəfa xanım dünən "Adam içində" dəhşətli anlar yaşandı. Skayp vasitəsilə uşağını görən ana huşunu itirərək yerə yıxıldı. Təcili yardımın köməyi ilə özünə gələn gənc ana, ayılınca uşağına qovuşmaq arzusunu dilə gətirdi. Baş verənlər auditoriyanı da təsirləndirdi.