Avqustun 28-i dünyaya gəldikləri bildirilən şirlər 3 kiloqrama yaxın çəkiyə malikdir. Zoopark rəsmisinin sözlərinə görə, nadir növ olan ağ şirlərdən dünyada cəmi 300 ədəd mövcuddur. İki balanın dünyaya gəlməsi ilə zooparkda saxlanan albinosların sayı 8-ə çatıb. Balaların sağlam olduğu deyilir. Şirlərin öz ailələri ilə birgə ümumdünya heyvanlar günündə, yəni oktyabrın 4-ü ictimaiyyətə təqdim olunacağı bildirilib.