Dünyanı həyacanlandıran xəbər Dünyanı həyacanlandıran xəbər
  • Qərb
  • 16 Oktyabr 2018 22:15
  •  2 559

ABŞ - İran davasının tarixi açıqlandı - 10 aprel 2019

Dünyanı həyacanlandıran xəbər

İran ABŞ-ı Hollandiyanın Haaqa şəhərində yerləşən Beynəlxalq Məhkəməyə verib.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, rəsmi Tehran Vaşinqtonun İrana qarşı etdiyi sanksiyalara cavab olaraq bu addımı atıb.

Məhkəmədən verilən məlumata görə, ilk iclasın gələn il aprelin 10-na təyin edildiyi deyilir.

İran məhkəmədən tələb edir ki, ABŞ birtərəfli nüvə razılığından geri çəkilməsinin səbəbini açıqlasın.

Qeyd edək ki, 1955-ci ildə iki ölkə arasında "Dostluq, iqtisadi əlaqələr və qonsulluq qanunu" haqqında müqavilə imzalanıb. Rəsmi Tehran bildirir ki, ABŞ prezidenti Donald Trampın nüvə razılaşmasından geri çəkilməsi 1955-ci ildə iki ölkə arasında imzalanan "İran-ABŞ dostluq müqaviləsi"nə ziddir və sanksiyaların təxirə alınmasını istəyir.

ABŞ isə öz növbəsində həmin müqavilənin artıq etibarlı olmadığını iddia edir və İrana qarşı tətbiq olunan sanksiyaların hər hansı bir müqaviləni pozmadığını deyir.

Xatırladaq ki, ABŞ prezidenti Donald Trump İrana qarşı sanksiyalar tətbiq etmək üçün bu il may ayının 8-də ABŞ-ın nüvə razılaşmasından geri çəkildiyini açıqlamışdı.

© AzNews.az