Bu, zalda oturanların gülüşünə səbəb olub Bu, zalda oturanların gülüşünə səbəb olub
  • Qərb
  • 1 Noyabr 2018 09:26
  •  2 278

Bu ölkənin xarici işlər naziri Rusiya ilə Çini dəyişik saldı

Bu, zalda oturanların gülüşünə səbəb olub

Böyük Britaniyanın xarici işlər naziri Ceremi Xant bildirib ki, əgər Rusiya beynəlxalq sistemin əsas qaydalarına qayıtmayacaqsa, onu qiymət artımı gözləyir. Bu zaman o, Çin əvəzinə Rusiya sözünü işlədib. Bu isə zalda oturanların gülüşünə səbəb olub.

AzNews.az Rusiya mediasına istinadən xəbər verir ki, Birləşmiş Krallığın xarici işlər naziri “Policy Exchange” institutunda çıxışı zamanı Rusiyanın bostanına da daş atıb.

“Bu yaxınlaradək mən hesab etmişəm ki, Rusiya beynəlxalq hüquq sisteminin bir parçasıdır. Və o vaxtlar SSRİ dövründən fərqli olaraq bu ölkə ilə yeni münasibətlər qurmaqda maraqlı idik. Ancaq 2008-ci ildə Gürcüstana, 2014-cü ildə isə Krıma hücum etdilər”, - deyə nazir bildirib.

Babək Göyüş

AzNews.az