• Qərb
  • 11 Noyabr 2018 15:00
  •  2 752

Maşın əridi, 25 nəfər öldü, Tramp isə...

Kaliforniyada meşə yanğınları davam edir.

AzNews.az xəbər verir ki, artıq 25 nəfər yanğının qurbanı olub. Bu yanğın ştat tarixində ən böyük yanğın hesab edilir. Ətrafda yaşayan 300 min insan təxliyyə olunur.

Bu arada Tramp da yanğınla bağlı açıqlama verib. O, "Kaliforniyada bu qədər geniş şəkildə yayılmış yanğına ehtiyac yoxdur. Hər il milyardlara dollar və can itiririk. Buna səbəb meşələrin yanlış şəkildə idarə olunmasıdır. İndi bir çarə tapın, ya da daha FED ödəniş etməyəcək" kimi fikir bildirib.

Trampın bu fikirləri böyük müzakirələrə səbəb olub.

Malik LİFTİYEV
AzNews.az