"Problem sadəcə Camal Qaşıqçının öldürülməsi ilə başlamadı, ancaq məsələ bura qədər gəldi". "Problem sadəcə Camal Qaşıqçının öldürülməsi ilə başlamadı, ancaq məsələ bura qədər gəldi".
  • Qərb
  • 16 Noyabr 2018 22:50
  •  1 295

"ABŞ-ın Səudiyyə Ərəbistanı ilə cinayət ortaqlığı artıq bitməlidir" - Nyu-York Tayms

"Problem sadəcə Camal Qaşıqçının öldürülməsi ilə başlamadı, ancaq məsələ bura qədər gəldi".

ABŞ-ın aparıcı qəzetlərindən olan "The New York Times"in (NYT) Yayım Şurası jurnalist Camal Qaşıqçının öldürülməsini Səudiyyə Ərəbistanında insan haqlarının pozulmasının göstəricisi olduğunu vurğulayıb və "Amerikanın cinayətkar tərəfdaşlığı artıq bitməlidir" çağırışını edib.

AzNews.az xəbər verir ki, qəzet Camal Qaşıqçı cinayətinə dair qələmə aldığı "Qaşıqçıdan sonra Səudiyyə Ərəbistanı" başlıqlı yazıda Səudiyyə Ərəbistanının vəliəhdi Şahzadə Məhəmməd bin Salman ilə Tramp höküməti arasındakı münasibətləri müzakirə edib.

Səudiyyə Ərəbistanın Qaşıqçı cinayətilə əlaqəli 5 nəfərin edamla mühakimə olunacağı və ABŞ-ın cinayətlə bağlı 17 səudiyəliyə sanksiya tətbiq edəcəyi barədə açıqlamaları xatırladan məqalədə bütün bunlara baxmayaraq əlində ciddi dəlillər olan Türkiyənin bu nağıllara aldanmadığı vurğulanıb.

Xarici işlər naziri Mövlud Çavuşoğlunun cinayətə dair dünənki "Əvvəlcədən öldürülüb, sonradan cəsədin parçalanması üçün lazımi şəxslər və cihazlar buraya gətirilmişdir" sözlərinə işarə edilən yazıda "Həqiqətən də aralarında tibb mütəxəssisinin da olduğu bir təyyarə dolusu təhlükəsizlik işçisinin o qədər yolu Qaşıqçını nəzakətlə ölkəsinə qayıtmağa inandırmaq üçün gəldiyinə inanmaq çox çətindir", - deyə qeyd olunub.

Cinayətin əsas şahidlərinin edam yolu ilə aradan qaldırıla biləcəcəkləri məsələsinə toxunan məqalədə "Ancaq neft zəngini bir krallıq ilə ABŞ arasındakı əlaqələr dəyişməlidir" ifadələri yer alıb.

Məqalədə Qətər böhranı, Yəməndə faciəyə yol açan iç savaş kimi hadisələrdə Səudiyyə vəliəhdinin çox irəli getdiyi bildirilib. Məhəmmədin ABŞ prezidenti Tramp və Trampın kürəkəni Cared Kuşnerə yaxın münasibətlərinin olduğu vurğulanıb.

Trampın uzun müddətdir boş olan Səudiyyə Ərəbistanındakı səfirliyinin mövqeyi üçün namizədini açıqladığına işarə edən yazıda, "Diplomatiyada adətən narazılıq göstəricisi yeni səfir təyinatı deyil, səfiri geri çağırmaqdır Ancaq Yaxın Şərq haqqında geniş məlumatı olan ehtiyatda olan general Con Abizaid yaxşı bir seçimdir. Bu adamın Ağ Evi səudiyəlilər məsələsində məlumatlandıracağına ümid edirik", - deyə bildirilib.
Məqalədə Qaşıqçı cinayətinə dair səs qeydlərinin daha əvvəl Şahzadə bin Salmanla çalışan hökumət, müdir və siyasətçilərə qarşı şahzadənin bütün gerçək üzünü ortaya çıxardığı və əlaqələrə təsir göstərdiyi qeyd edilib.

ABŞ-ın Qaşıqçının qətlindən sonra cinayəti ortaya çıxarmaq, Yəməndəki müharibəni bitirmək, Qətər məsələsində addım atmaq kimi məsələlərdə Səudiyyə Ərəbistanına qarşı əlini möhkəmləndirdiyi vurğulanan yazıda "Ancaq krallıq əsas insan hüquqlarının arsızca pozulmasına son qoymasa, bu məsələlərdə atılacaq addımlar yalnız riyakarlıq olar. Problem sadəcə Camal Qaşıqçının öldürülməsi ilə başlamadı, ancaq məsələ bura qədər gəldi. Amerikanın cinayətkar tərəfdaşlığı artıq bitməlidir", - deyə əlavə olunub.

AzNews.az