"Bölgədə 32 kilometrlik təhlükəsizlik zonası yaradılmalıdır". "Bölgədə 32 kilometrlik təhlükəsizlik zonası yaradılmalıdır".
  • Qərb
  • 14 Yanvar 2019 08:47
  •  3 507

Tramp Türkiyəni hədələdi - "Əgər Suriya kürdlərinə hücum etsəniz ..."

"Bölgədə 32 kilometrlik təhlükəsizlik zonası yaradılmalıdır".

ABŞ öz qoşunlarını Suriyadan çıxartdıqdan sonra rəsmi Ankara bu ölkədə yaşayan kürdlərə hücum etsə, Türkiyəyə iqtisadi zərbə vuracağam.

AzNews.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu fikirləri ABŞ prezidenti Donald Tramp özünün Twitter səhifəsində yazıb.

"Bölgədə 32 kilometrlik təhlükəsizlik zonası yaradılmalıdır. İstəmərəm ki, kürdlər də Türkiyə, Rusiya, İran və Suriyanı qızışdırsın. Onlar İŞİD-in məhv edilməsində böyük rol oynayıb. Bu insanlara minnətdarlığımı bildirirəm. Biz isə öz qoşunlarımızı evə qaytarmalıyıq". Tramp belə deyib.

Xatırladaq ki, Türkiyə bəyan edib ki, əgər ABŞ qoşunlarını bölgədən çıxartmağı ləngitsə, onda Suriyanın şimalında kürd yaraqlılarına qarşı əməliyyata başlayacaq.

ABŞ qoşunlarının Suriyadan çıxarılması hadqa ilk anons Tramp tərəfindən ötən il dekabrın 19-da səsləndirilmişdi və bildirilmişdi ki, qoşunlar 4 ay ərzində bu ölkədən çıxarılacaq.

Babək Göyüş

AzNews.az