Parisdəki aksiyalarda 7 min nəfər iştirak edib. Parisdəki aksiyalarda 7 min nəfər iştirak edib.
  • Qərb
  • 20 Yanvar 2019 09:45
  •  1 519

“Sarı jiletlilər”in etiraz aksiyasında 84 min nəfər iştirak edib

Parisdəki aksiyalarda 7 min nəfər iştirak edib.

“Sarı jiletlilər”in etiraz aksiyasının 10-cu həftəsində meydan və küçələrə 84 min aksiyaçı çıxıb.

Bu barədə Fransa Daxili İşlər Nazirliyi məlumat yayıb.

Parisdəki aksiyalarda 7 min nəfər iştirak edib. “Les İnvalides” hərbi muzeyi qarşısında toplaşan aksiyaçılar İtaliya meydanına doğru irəliləyiblər.

Aksiya zamanı polis gözyaşardıcı qazdan və su şırnağından istifadə edib. Ölkədə polisin rezin güllələrdən düzgün istifadə etmədiyi, belə güllələrdən istifadə ilə bağlı təlim keçmədiyi bildirilir, nümayişçilərə qarşı hədsiz aqressiv olduğu qeyd edilir. Polisin LBD silahlardan sui-istifadə etdiyi vurğulanır.

Qeyd edək ki, etiraz aksiyası başlayandan bəri 12 aksiyaçı ölüb, 100-ü ağır olmaqla, 2 minə yaxın nümayişçi yaralanıb. Yaralılar arasında əlil olanlar da var.(AZƏRTAC)

AzNews.az