• Qərb
  • 31 Yanvar 2019 17:47
  •  678

Məşhur aktrisa ABŞ-ın dövlət katibi oldu - FOTO

Karyerası təhlükə altındadı.

Hollivud ulduzu Şarliz Teron ABŞ-ın dövlət katibi oldu.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, söhbət Long Shot (riskli iş) filmindən gedir. Filmin çəkiliş meydançasından görüntülər də yayılıb.

Şarliz filmə komediya aktyoru Set Rogenlə birgə çəkilib.

Süjetə görə Fred keçmiş sevgilisi Şarlotta ilə yenidən qarşılaşır. Məlum olur ki, onun illər əvvəl tərk etdiyi qadın hazırda ölkənin ən önəmli şəxslərindən biridir. Dövlət katibu olan Şarlotta, hətta ABŞ-ın birinci xanımı da ola bilər. Onun Fredlə yenidən qarşılaşması karyerasını zərbə altına qoyur.

Qeyd olunur ki, filmin premyerası bu ilin mayında baş tutacaq.

Fəridə Abdulla

AzNews.az