Bu barədə Norveç KİV-i xəbər verir. Bu barədə Norveç KİV-i xəbər verir.
  • Qərb
  • 27 Mart 2019 12:00
  •  1 656

Qar uçqunu iki nəfərin həyatına son qoydu

Bu barədə Norveç KİV-i xəbər verir.

Norveç polisi bildirir ki, ölkənin şimal hissəsində baş verən qar uçqunu iki nəfərin həyatına son qoyub.

Bu barədə Norveç KİV-i xəbər verir.

Norveçin şimal dairəsi polisinin nümayəndəsi Bent-Are Eylertsen jurnalistlərə müsahibəsində çərşənbə günü Lofoten adaları arxipelaqının cənub qurtaracağında 200 metr enliyində qar uçqunu baş verdiyini bildirib. O bəyan edib ki, Durmaalstin dağının ətəyindəki yolda inşaat texnikasının içərisində olan iki nəfər qar uçqunu nəticəsində həlak olub. Norveç polisi nümayəndəsinin sözlərinə görə, həlak olanların şəxsiyyətini hələ ki, müəyyən etmək mümkün olmayıb.

Qeyd edək ki, bu ilin yanvarında dörd xizəkçi – İsveçdən olan qadın və Finlandiyadan olan üç kişi Norveçin şimalında, Tromsö yaxınlığında eni 300 metrə bərabər olan qar uçqunu zamanı həlak olublar.(AZƏRTAC)

AzNews.az