Məryəm Ana katedralı bizim tariximizdi Məryəm Ana katedralı bizim tariximizdi
  • Qərb
  • 16 Aprel 2019 08:47
  •  2 807

İstedadlı memarları dəvət edib katedralımızı yenidən tikəcəyik - Makron

Məryəm Ana katedralı bizim tariximizdi

Məryəm Ana katedralındakı yanğının baş verdiyi əraziyə gələn Prezident Emmanuel Makron yanğınsöndürənlərə təşəkkür edib.

Prezident yanğınla mübarizənin hələ də davam etdiyini vurğulayıb, lakin daha ciddi təhlükədən yan keçildiyini bildirərək deyib: “Həmvətənlərimizin kədərini, daxili hisslərini anlayıram. Məryəm Ana katedralı bizim tariximizdir. Bu tariximiz yanır. Lakin biz bu katedralı birlikdə yenidən tikəcəyik. Dünyanın bütün istedadlı memarlarını dəvət edərək katedralımızı bərpa edəcəyik”.

Qeyd edək ki, bu axşam böyük milli debatın nəticəsində həyata keçiriləcək islahatlar haqqında Prezident E.Makronun TF1 televiziya kanalında çıxışı olmalı idi. Lakin baş vermiş yanğına görə onun çıxışı başqa vaxta keçirilib. (AZƏRTAC)