İanə əsasən iri kompaniyalar və biznesmenlər tərəfindən ödənilir İanə əsasən iri kompaniyalar və biznesmenlər tərəfindən ödənilir
  • Qərb
  • 17 Aprel 2019 11:51
  •  1 818

Notr-Dam kilsəsinin bərpası üçün 1 milyard avro ianə yığıldı

İanə əsasən iri kompaniyalar və biznesmenlər tərəfindən ödənilir

Yanğından zərər çəkən Paris Notr-Dam kilsəsinin bərpası üçün yığılan ianənin məbləği 1 milyard avroya çatıb.

“Le Parisien” qəzeti xəbər verir ki, ianə əsasən iri kompaniyalar və biznesmenlər, həmçinin Fransa Mədəniyyət Nazirliyinin seçdiyi 4 ictimai fond tərəfindən ödənilir. Qurumun rəhbəri Frank Riester özünün “Twitter” səhifəsində kilsənin bərpasına ianə köçürülməsi üçün internet portalın işə salındığını yazıb.

Xatırladaq ki, Parisin simvollarından biri sayılan Notr-Dam kilsəsində yanğın aprelin 15-də yerli vaxtla saat 18:50-də (Bakı vaxtı ilə 20:50) başlayıb və təqribən 9 saata yaxın davam edib. Hadisənin kilsənin yuxarı mərtəbələrində aparılan bərpa işlərindən qaynaqlandığı ehtimal olunur.

Yanğın kilsənin şpilini, saatı və damın böyük hissəsini məhv edib. Fransa hakimiyyəti, biznesmenlər, ictimai təşkilatlar, tarixi abidələrin qorunması üzrə cəmiyyətlər kilsənin bərpası üçün ləngimədən vəsait toplamağa başlayıb.(AZƏRTAC)

AzNews.az