"Mən sərt və qəti qərarı qəbul edirəm" "Mən sərt və qəti qərarı qəbul edirəm"
  • Qərb
  • 16 May 2019 00:20
  •  1 801

Tramp: "İran tezliklə ABŞ-la danışıq aparmaq istəyəcək"

"Mən sərt və qəti qərarı qəbul edirəm"

Birləşmiş Ştatların prezidenti Donald Tramp rəsmi Tehranın yaxın vaxtlarda Vaşinqtonla danışıqlar aparmaqı istəyəcəyinə əminliyi ifadə edib.

Ağ Ev rəhbəri bu barədə özünün "Twitter" səhifəsində yazıb.

Donald Tramp "Washington Post" və "New York Times"ın onun barəsində yazdıqları, Yaxın Şərqdəki güclü siyasətinə görə daxili mübarizə barəsində "yalan xəbərlər"lə razılaşmayıb.

"Müxtəlif fikirlər bildirilir və mən sərt və qəti qərarı qəbul edirəm – bu, çox sadə prosesdir", - deyə Tramp yazıb.

O, əlavə edib ki, rəsmi Tehran tezliklə danışıq aparmaq istəyəcək. (report)

AzNews.az