Bu barədə Con Bolton öz “Twitter” səhifəsində yazıb Bu barədə Con Bolton öz “Twitter” səhifəsində yazıb
  • Qərb
  • 24 May 2019 09:19
  •  2 111

Con Bolton Şinzo Abe ilə görüşəcək

Bu barədə Con Bolton öz “Twitter” səhifəsində yazıb

ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton və Yaponiyanın Baş naziri Şinzo Abe ABŞ Prezidenti Donald Trampın Tokioya gözlənilən dövlət səfəri ərəfəsində görüşəcəklər.

Bu barədə C.Bolton öz “Twitter” səhifəsində yazıb.

“Yaponiyanın Baş naziri Şinzo Abe və onun diplomatiya və milli təhlükəsizlik məsələləri ilə məşğul olan komandası ilə keçiriləcək görüşü səbirsizliklə gözləyirəm”, - deyə C.Bolton yazıb. Müşavir qeyd edib ki, iki ölkə arasında ittifaq heç vaxt indiki qədər möhkəm olmayıb.

Bu ərəfədə D.Trampın mayın 25-dən 28-dək Yaponiyaya səfər edəcəyi və yeni İmperator Naruhito ilə görüşən ilk əcənəbi lider olacağı barədə məlumatlar yayılıb.

ABŞ liderinin Yaponiyaya səfəri zamanı onun təhlükəsizliyini 25 min polisin və digər təhlükəsizlik xidməti əməkdaşlarının təmin edəcəyi bildirilir.(AZƏRTAC)

AzNews.az