Onun gəliri 2017-ci illə müqayisədə 5 milyon dollardan 1 milyon dollara qədər azalıb Onun gəliri 2017-ci illə müqayisədə 5 milyon dollardan 1 milyon dollara qədər azalıb
  • Qərb
  • 15 İyun 2019 09:59
  •  2 789

İvanka Trampın birillik gəliri açıqlandı

Onun gəliri 2017-ci illə müqayisədə 5 milyon dollardan 1 milyon dollara qədər azalıb

ABŞ prezidentinin müşaviri və qızı İvanka Tramp ötən il atasına mənsub “Trump International” hotelindəki payından dörd milyona yaxın gəlir əldə edib.

Axios”-a istinadən verilən məlumata görə, İvankanın özünün brend geyimlər xətti, zinət əşyaları və digər məhsullarının mənsub olduğu trastdan gəliri 2017-ci illə müqayisədə 5 milyon dollardan 1 milyon dollara qədər azalıb.

İvanka və əri Cared Kuşnerin məcmu gəlirinin isə 2018-ci ildə ən azı 28 milyon təşkil etdiyi bildirilir. (Oxu.az)