Yarışda Boris Conson 126 səslə birinci sırada yer alıb Yarışda Boris Conson 126 səslə birinci sırada yer alıb
  • Qərb
  • 18 İyun 2019 23:13
  •  2 499

Baş Nazir vəzifəsinə namizədlər arasında son seçki yarışı keçirildi - Britaniyada

Yarışda Boris Conson 126 səslə birinci sırada yer alıb

Böyük Britaniyada Baş Nazir və Mühafizəkarlar Partiyası rəhbərliyinə namizədlər arasında son seçki yarışı keçirilib.

Yarışda Boris Conson 126 səslə birinci sırada yer alıb. Namizəd Dominik Raab isə məğlub olub. O, cəmi 30 səs toplayıb.

Qalan 5 namizəd - Sacid Cavid, Ceremi Hant, Maykl Qov, Rori Stüart və Boris Conson mübarizəni davam etdirəcək. (Azərtac)