Məlumat daxil olduqdan dərhal sonra məsciddəki dindarlar təxliyyə edilib Məlumat daxil olduqdan dərhal sonra məsciddəki dindarlar təxliyyə edilib
  • Qərb
  • 9 İyul 2019 16:51
  •  2 261

Almaniyadakı məsciddə bomba həyəcanı...

Məlumat daxil olduqdan dərhal sonra məsciddəki dindarlar təxliyyə edilib

Almaniyanın Köln şəhərində naməlum şəxsdən elektron poçt vasitəsilə məscidə bomba qoyulması barədə məlumat daxil olub.

Anadolu agentliyi xəbər verir ki, məlumat daxil olduqdan dərhal sonra məsciddəki dindarlar təxliyyə edilib. Polis məscidin yerləşdiyi Ehrenfeld rayonundakı meydanı insanların hərəkəti üçün bağlayıb və əsasən türklərin ibadət etdiyi bu binaya bomba mütəxəssisləri cəlb olunub. Buradakı Türk İslam Dini İşlər üzrə Birliyin (DİTİB) ofisinin əməkdaşları da təxliyyə edilib.

Məscidin nümayəndələri bildiriblər ki, elektron poçtla daxil olan məktub Almaniyanın radikal sağçı qrupuna məxsusdur. Onlar əlavə ediblər ki, son illər bu ölkədə İslamofobiya və irqçilik meyilləri güclənib. Belə ki, polis müsəlmanlara qarşı nifrət zəminində 813 cinayət, o cümlədən təhqir, təhdid məktubları, fiziki zorakılıq və məscidlərə hücum faktları qeydə alıb.

Əhalisinin sayı 81 milyon nəfər olan Almaniya Fransadan sonra müsəlmanların ən çox yaşadığı Avropa ölkəsidir. Buradakı 4,7 milyon müsəlmandan 3 milyon nəfəri türklərdir.(AZƏRTAC)

AzNews.az