Elektrik kəsintisi əsasən Manhettenin mərkəzi və yuxarı qərbi hissəsini əhatə edib Elektrik kəsintisi əsasən Manhettenin mərkəzi və yuxarı qərbi hissəsini əhatə edib
  • Qərb
  • 14 İyul 2019 09:54
  •  5 458

Nyu-Yorkda elektrik enerjisinin verilişi bərpa edildi - YENİLƏNİB

Elektrik kəsintisi əsasən Manhettenin mərkəzi və yuxarı qərbi hissəsini əhatə edib

Nyu-Yorkda yarımstansiyada baş verən qəza səbəbindən elektrik enerjisinin verilişində yaranmış problem aradan qaldırılıb.

"RİA Novosti" agentliyinə istinadən verilən məlumata görə, bunu "Con Edison" şirkətinin rəhbəri Con Makevoy bildirib.

C. Makevoy deyib ki, bir neçə dəqiqə əvvəl elektrik enerjisi təchizatı dayanmış 73 min istehlakçıya elektrik enerjisinin verilişi bərpa olunub.

"Con Edison" şirkətinin rəhbəri yarımstansiyada yaranmış problemin səbəbinin araşdırıldığını nəzərə çatdırıb.

saat 07.38

Nyu-Yorkda baş vermiş kütləvi nasazlıq səbəbindən azı 43 min sakin elektrik enerjisindən məhrum olub.

“TASS” agentliyinə istinadən verilən xəbərə görə, bu barədə şəhəri elektrik enerjisi ilə təmin edən “Con Edison” energetika şirkətinin saytında deyilir.

Məlumata görə, elektrik kəsintisi əsasən Manhettenin mərkəzi və yuxarı qərbi hissəsini əhatə edib. “NBC” telekanalı bildirir ki, ilkin ehtimal olaraq nasazlığa səbəb kimi 54-cü küçədə yerləşən transformator yarımstansiyasında baş vermiş yanğın göstərilir. Dəqiq səbəblər hazırda dəqiqləşdirilir.

O da qeyd olunur ki, Nyu-York metrosunun bəzi xətlərində qatarların hərəkətində fasilələr yaranıb. Əksər bölgələrdə işıqforlar sıradan çıxıb, bir çox binalar əsasən ehtiyat generatorlar hesabına işıqlandırılır.​ (APA)