"Bu postu uzun müddət vakant saxlaya bilməzdik" "Bu postu uzun müddət vakant saxlaya bilməzdik"
  • Qərb
  • 17 İyul 2019 10:54
  •  1 866

Almaniyanın yeni müdafiə naziri kim oldu?

"Bu postu uzun müddət vakant saxlaya bilməzdik"

Almaniyanın hakim Xristian Demokrat Birliyinin (XDB) lideri Anneqret Kramp-Karrenbauer ölkənin müdafiə naziri vəzifəsinə təyin edilib.

Bu barədə "İnterfaks" xəbər verir.

O, bu vəzifədə Avropa Komissiyasının sədri seçilən Ursula fon der Lyayeni əvəzləyəcək.

Almaniya hökumətindən bildiriblər ki, vəzifənin təhvil verilməsi bu gün Ursula fon der Lyayen və Bundestaqın yuxarı palatasının birinci vitse-prezidenti iştirakı ilə keçiriləcək.

Almaniya kansleri Angela Merkel müdafiə naziri dəyişikliyin bu qədər qısa müddətdə baş verməsinə belə aydınlıq gətirib: "Müdafiə Nazirliyi, müdafiə naziri komanda verir, komandanlıq edir. Ona görə də bu postu uzun müddət vakant saxlaya bilməzdik".

Daha əvvəl Almaniya KİV ölkənin yeni müdafiə nazirinin Yens Şpan olacağını yazmışdı.(report.az)

AzNews.az