Onlar qiyama çağırışda və israfçılıqda günahkar sayılıblar Onlar qiyama çağırışda və israfçılıqda günahkar sayılıblar
  • Qərb
  • 14 Oktyabr 2019 12:18
  •  2 218

Kataloniya separatçı hərəkatının rəhbərləri həbs cəzası aldılar

Onlar qiyama çağırışda və israfçılıqda günahkar sayılıblar

İspaniyanın Kataloniya bölgəsinin "müstəqilliyi"nə dair 2017-ci ildə qeyri-qanuni referendumun təşkilində günahlandırılan separatçı siyasətçilərə hökm oxunub.

İspaniya Ali Məhkəməsinin bu gün elan etdiyi qərarla separatçı liderlər 13 ilədək həbs cəzasına məhkum ediliblər.

Kataloniya separatçılıq hərəkatının iş üzrə adı keçən 12 üzvünün bəziləri qiyama çağırışda və israfçılıqda günahkar sayılıblar.

Separatçılar arasında maksimum cəza Kataloniya muxtar vilayəti hökuməti rəhbərinin sabiq müavini Oriol Junkerasa verilib. O, 13 il müddətinə azadlıqdan məhrum edilib.

Digər separatçılar isə müxtəlif illərə həbsə məhkum olunublar. (APA)

AzNews.az