Tramp: "Təşəkkürlər, Ərdoğan" - SON DƏQİQƏ

"Hərəkat bitdi, sanksiyalar dayandırılacaq"

"Türkiyədən yaxşı xəbərlər gəldi".

AzNews.az xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp özünün sosial media səhifəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Birləşmiş Ştatların vitse-prezidenti Mayk Pens və dövlət katibi Mayk Pompeonun görüşündən sonra yazıb.

"Türkiyədən yaxşı xəbərlər gəldi. Milyonlarla insanın həyatı xilas olacaq. Təşəkkürlər, Ərdoğan.

O, ağıllı və güclü lider, mənim də yaxşı dostumdur. Xalqının təhlükəsizliyini istəyir. Buna görə də bir qərar verməli idi. Atdığı addım ağıllı idi. Hamı xoşbəxtdir, mən də xoşbəxtəm".

Qeyd edək ki, 2 saat 40 dəqiqə çəkən görüşdən sonra Pens atəşkəs haqda açıqlama verib.

"Atəşkəs barədə razılaşdıq. YPG 120 saat (5 gün) ərzində geri çəkiləcək. Bununla bağlı proses başlayıb. Onların geri çəkilməsi ilə hərəkat bitəcək. ABŞ PKK/YPG-nin təhlükəsiz zonadan çıxmasını təmin edəcək. PKK/YPG də bizə bununla bağlı təminat verib. Daha sonra əməliyyat tamamilə sona çatacaq. Tramp daimi atəşkəs əldə olunanda iqtisadi sanksiyaların dayandırılacağı ilə bağlı razılaşıb. Yeni sanksiya yoxdur. Əvvəlki sanksiyalar da ləğv ediləcək", - deyə o, bildirib.

Pompeo mövzu ilə bağlı açıqlamasında hər iki liderin problemin həlli yolunda vacib addımlar atdığını deyib.

Pərvanə

AzNews.az