Cinayətkar hadisə yerinə gələn polis əməkdaşı tərəfindən güllələnib Cinayətkar hadisə yerinə gələn polis əməkdaşı tərəfindən güllələnib
  • Qərb
  • 24 Dekabr 2019 09:57
  •  3 141

ABŞ-da silahlı insident: ölən və yaralananlar var

Cinayətkar hadisə yerinə gələn polis əməkdaşı tərəfindən güllələnib

ABŞ-ın Arizona ştatının Finiks şəhərində silahlı insident qeydə alınıb.

“Fox News”a istinadla xəbər verilir ki, ticarət mərkəzinin yaxınlığında naməlum şəxs atəş açaraq iki nəfəri yaralayıb. Cinayətkar hadisə yerinə gələn polis əməkdaşı tərəfindən güllələnib.

Məlumata görə, cinayətkar ətrafdakıları odlu silahla hədələyərək avtomobil oğurlayıb. Silahlı şəxs yolda ona mane olmağa çalışan bir nəfəri, həmçinin başqa nəqliyyat vasitəsinin sürücüsünü yaralayıb.

Cinayətkar qaçırdığı nəqliyyat vasitəsini polis avtomobilinə çırpıb. O, polisin açdığı atəş nəticəsində ölüb.

Silahlı şəxsin xəsarət yetirdiyi yaralılar xəstəxanaya yerləşdirilib.

AzNews.az