- Qərb
- 2 Sentyabr 2020 13:00
- 5 544
Makron Bağdada səfər edib

Makronun Fransa Prezidenti postunda İraqa ilk səfəridir
Fransa Prezidenti Emmanuel Makron İraqa səfər edib.
"France Presse" agentliyinin yaydığı xəbərə görə, Emmanuel Makronun Bağdad səfəri bir gün davam edəcək.
Səfər çərçivəsində Fransa lideri İraqın Baş naziri Mustafa əl-Kazımi və Prezident Bərham Salehlə görüşəcək.
Qeyd edək ki, bu, Makronun Fransa Prezidenti postunda İraqa ilk səfəridir.
AzNews.az