Avropa Komissiyasının binası qarşısında 150-yə yaxın insan toplaşıb və irqçilik əleyhinə şüarlar səsləndirib Avropa Komissiyasının binası qarşısında 150-yə yaxın insan toplaşıb və irqçilik əleyhinə şüarlar səsləndirib
  • Qərb
  • 6 Dekabr 2020 14:22
  •  6 412

Brüsseldə Makronun istefası tələbi ilə aksiya keçirilib

Avropa Komissiyasının binası qarşısında 150-yə yaxın insan toplaşıb və irqçilik əleyhinə şüarlar səsləndirib

Belçikanın paytaxtı Brüsseldə irqçiliyə və polis zorakılığına qarşı etiraz aksiyası keçirilib.

AzNews.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Avropa Komissiyasının binası qarşısında 150-yə yaxın insan toplaşıb və irqçilik əleyhinə şüarlar səsləndirib.

Aksiya iştirakçıları Belçika və Fransada polis özbaşınalığına, həmçinin yeni təhlükəsizlik haqqında qanuna etirazlarını bildiriblər. Etirazçılar Fransa Prezidenti Emmanuel Makronun istefasını tələb ediblər.

Polis aksiya ilə bağlı gücləndirilmiş təhlükəsizlik tədbirləri həyata keçirib.