Məhkəmə prosesi təxminən iki il əvvəl – 2019-cu ilin martında başlayıb Məhkəmə prosesi təxminən iki il əvvəl – 2019-cu ilin martında başlayıb
  • Qərb
  • 4 Fevral 2021 23:20
  •  8 573

Məhkəmədən Makrona 1 avro cərimə cəzası

Məhkəmə prosesi təxminən iki il əvvəl – 2019-cu ilin martında başlayıb

Fransanın paytaxtı Parisdə bir məhkəmə ölkə prezidenti Emmanuel Makronu və hökuməti qlobal istiləşmə və iqlim problemləri səbəbindən üzərinə düşən vəzifələri yerinə yetirə bilmədiyinə görə təqsirli hesab edib.

AzNews.az-ın məlumatına görə, məhkəmə prosesi təxminən iki il əvvəl – 2019-cu ilin martında başlayıb. İddiaçı tərəf isə bir çox qeyri-hökumət təşkilatı və iqlim aktivistləridir.

Məhkəmə Makrona və hökumətinə lazımi səy göstərmədiyinə görə 1 avro cərimə cəzası tətbiq edib.