Kansler bildirib ki, Avropa Şurası bu məsələdə həlledici rol oynaya bilər Kansler bildirib ki, Avropa Şurası bu məsələdə həlledici rol oynaya bilər
  • Qərb
  • 20 Aprel 2021 19:48
  •  5 921

“Dövlətlərin suverenliyini Qarabağda olduğu kimi şübhə altına almaq olmaz” - MERKEL

Kansler bildirib ki, Avropa Şurası bu məsələdə həlledici rol oynaya bilər

“Qaydalara söykənən düzən də eyni zamanda dinc birgəyaşayış üçün vacib şərtdir. Dövlətlərin suverenliyi və ərazi bütövlüyünün şübhə altına alınması və ya pozulması, necə ki, Krımda və ya Dağlıq Qarabağda bunun şahidi oluruq, ümumi fundamental dəyərlərimizə ziddir”.

AzNews.az xəbər verir ki, Almaniya Kansleri Angela Merkel Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasının bu gün keçirilən iclasında çıxışında deyib.

Kansler bildirib ki, Avropa Şurası bu məsələdə həlledici rol oynaya bilər: “Avropa Şurası bu məsələdə həlledici rol oynaya bilər, ancaq yalnız Avropa Şurasının bütün qurumları sıx şəkildə əməkdaşlıq edərsə...”