İran BMT-də bəyan etdi: İsrail qoşunları Livandan çıxmalıdır

İranın Cenevrədəki BMT-dəki səfiri bildirib ki, Livan ABŞ ilə imzalanmış memorandumun "ayrılmaz hissəsidir" və sənəd İsrail qoşunlarının geri çəkilməsini də nəzərdə tutur.

İranın BMT-dəki nümayəndəsi Əli Bəhrəyni deyib ki, Livanda yeni İsrail hücumları olmamalıdır. O, həmçinin ABŞ-İran danışıqlarında "müəyyən irəliləyişlərin əldə edildiyini" vurğulayıb.

Onun sözlərinə görə, bazar ertəsi İsveçrədə keçirilən texniki səviyyəli danışıqlar "çox uğurlu keçib" və yaxın günlərdə İrana qarşı sanksiyaların ləğvi və İranın nüvə fəaliyyəti ilə bağlı iki işçi qrup yaradılacaq.

İranlı diplomat əlavə edib ki, ABŞ ilə imzalanmış memorandumun beş əsas bəndi tam icra olunmadan İranın nüvə proqramı və Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) rolu ilə bağlı danışıqlara başlanmayacaq.

O qeyd edib ki, İsveçrədə keçirilən görüşlərdə nüvə müfəttişlərinin İrana buraxılması məsələsi müzakirə edilməyib.

Bəhrəyninin sözlərinə görə, Hörmüz boğazı hazırda açıqdır və keçid üçün heç bir ödəniş tələb olunmur. Lakin 60 gündən sonra vəziyyət danışıqların nəticəsindən asılı olacaq.

Səfir bildirib ki, Hörmüz boğazı ilə bağlı əsas danışıqlar İran və Oman arasında aparılacaq, daha sonra isə memorandumun tərəfləri ilə paralel müzakirələr keçiriləcək.

Mövsüm,

AzNews.az