Giriş icazəsi səfər etməzdən azı 2 həftə öncə peyvənd vurduran şəxslərə də şamil ediləcək Giriş icazəsi səfər etməzdən azı 2 həftə öncə peyvənd vurduran şəxslərə də şamil ediləcək
  • Qərb
  • 3 May 2021 15:47
  •  5 973

Avropa Birliyinə giriş asanlaşacaq

Giriş icazəsi səfər etməzdən azı 2 həftə öncə peyvənd vurduran şəxslərə də şamil ediləcək

Avropa Komissiyası üçüncü ölkələrdən Avropa Birliyi ərazisinə daxil olan şəxslərin giriş icazəsinin asanlaşdırılması barədə rəy verib.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, giriş icazəsi təkcə, pandemiya ilə bağlı vəziyyəti yaxşı olan ölkələrə deyil, həmçinin, səfər etməzdən azı 2 həftə öncə peyvənd vurduran şəxslərə də şamil ediləcək.

Amma xarici vətəndaşlar yalnız Avropa Birliyinin tibb qurumu tərəfindən tanınan vaksinlərlə peyvənd olunduqları halda buraxılacaq.