Milyonlarla amerikalının peyvənd vurdurmaq üçün bir az təşviqə ehtiyacı var Milyonlarla amerikalının peyvənd vurdurmaq üçün bir az təşviqə ehtiyacı var
  • Qərb
  • 6 May 2021 10:31
  •  9 865

Peyvənd vurduranlara mağazalarda endirim olacaq - ABŞ-da

Milyonlarla amerikalının peyvənd vurdurmaq üçün bir az təşviqə ehtiyacı var

ABŞ administrasiyası yeni koronavirus infeksiyasına qarşı vaksinasiyadan keçməyə qərar verən vətəndaşlar üçün mağazalarda və idman tədbirlərinə bilet alışları zamanı endirimlər edilməsi məsələsini nəzərdən keçirir.

AzNews.az-ın Gazeta.ru-y aistinadən məlumatına görə, bu barədə ABŞ prezidenti Co Baydeni Ağ Evdə çıxışı zamanı bəyan edib.

O, indi də vaksindən imtina edən vətəndaşlara peyvənd vurdurmağı təklif etdiyini deyib.

“Biz bilirik ki, milyonlarla amerikalının peyvənd vurdurmaq üçün bir az təşviqə ehtiyacı var… Nəhəng bizneslərlər işlər aparırıq, xüsusən ərzaq dükanlarına peyvənd vurdurmağa gələnlər üçün qiymətlərdə endirimlər kimi xüsusi şərtlərin təqdim olunması üçün müzakirələr edirik”, - deyə prezident bildirib.