- Hadisə
- 11:04
- 1 080
Füzulidə xeyli narkotik aşkarlandı
Füzulidə 8 kiloqram marixuana və 3000 ədəd metadon həbi aşkarlanıb.
Aznews.az DİN-ə istinadən xəbər verir ki, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunan 39 yaşlı Vüqar Məmmədov saxlanılıb. Həmin şəxsdən 8 kiloqram marixuana və 3000 ədəd psixotrop tərkibli metadon həbi aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə V.Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
Aznews.az