Prezident bəyan edib ki, qayda çox sadədir Prezident bəyan edib ki, qayda çox sadədir
  • Qərb
  • 14 May 2021 13:48
  •  7 387

ABŞ-da bu şəxslərin maskasız gəzməsinə icazə verildi

Prezident bəyan edib ki, qayda çox sadədir

ABŞ Prezidenti Co Bayden koronavirusa qarşı vaksinasiyadan keçənlərin maska taxmasına ehtiyac olmadığını deyib.

AzNews.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, prezident bəyan edib ki, qayda çox sadədir:

“Ya vaksin vurdurun, ya da vaksinasiyaya qədər maska taxın. Bu gün ABŞ-da koronavirusla mübarizədə möhtəşəm gündür. ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi vaksin olunanların artıq maska taxmaq məcburiyyətinin olmadığını elan etdi”.

“114 gündə 250 milyon doz vaksin vurmuşuq. Bunun nəticələrini görürük. 50 ştatın 49-da yoluxma sayı düşdü”, - dövlət başçısı əlavə edib.