• Qərb
  • 9 İyun 14:57
  •  2 190

Braziliyada bir gündə 2 378 nəfər koronavirusdan öldü

Həmçinin bu günədək 15 494 071 xəstə müalicə olunaraq sağalıb

Braziliyada son sutka ərzində daha 52 911 nəfərin koronavirus infeksiyasına yoluxması, 2378 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

AzNews.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 17 037 129 nəfər yoluxub. Bu müddət ərzində 476 792 koronaviruslu xəstə dünyasını dəyişib.

Həmçinin bu günədək 15 494 071 xəstə müalicə olunaraq sağalıb.