- Qərb
- 26 Yanvar 21:29
- 1 975
NATO-nun Baş katibi təcili mətbuat konfransı keçirəcək

Konfransda ABŞ-ın Rusiyaya təhlükəsizliklə bağlı yazılı cavabına aydınlıq gətiriləcək
NATO-nun Baş katibi Yens Stoltenberq təcili mətbuat konfransı keçirəcək.
Aznews.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Qeyd olunur ki, konfransda ABŞ-ın Rusiyaya təhlükəsizliklə bağlı yazılı cavabına aydınlıq gətiriləcək. Konfrans Bakı vaxtı ilə 22.00-da başlayacaq.