Bu barədə Avropa Statistika Qurumu “Eurostat” məlumat yayıb Bu barədə Avropa Statistika Qurumu “Eurostat” məlumat yayıb
  • Qərb
  • 11 İyul 2022 22:35
  •  4 633

Avropa İttifaqının əhalisi azalır

Bu barədə Avropa Statistika Qurumu “Eurostat” məlumat yayıb

Avropa İttifaqının əhalisi 2 il ardıcıl olaraq azalıb.

Aznews.az-ın xəbərinə görə, bu barədə Avropa Statistika Qurumu “Eurostat” məlumat yayıb.

Bildirilir ki, 1 yanvar 2021-ci ildə 27 ölkənin əhalisinin sayı 447 milyonu ötüb. 2022-ci ilin yanvarın 1-də isə 446 milyon 800 min nəfər olub. İllik azalma 200 min nəfər təşkil edib. 2020-ci ildə də əhali sayında azalma qeydə alınıb.

Qurum əhalinin azalmasını koronavirus pandemiyasından doğan kütləvi ölümlərlə izah edir.

Hesabat dövründə doğuş göstəricisi sabit qalsa da, əhalinin orta yaş həddi aşağı düşüb.