O Liz Trassa hərtərəfli dəstək verib O Liz Trassa hərtərəfli dəstək verib
  • Qərb
  • 6 Sentyabr 2022 17:00
  •  11 845

Boris Conson belə vidalaşdı: “Məndən bu qədər, millət”

O Liz Trassa hərtərəfli dəstək verib

Boris Conson baş nazir kimi son çıxışını bu gün səhər Dauninq-stritdəki Baş nazirin iqamətgahı qarşısında edib.

AzNews.az xəbər verir ki, Böyük Britaniyada hakim Mühafizəkarlar Partiyasının yeni lideri seçilən xarici işlər naziri Liz Trass, Boris Consonun istefa ərizəsini bu gün Kraliça II Yelizavetaya təqdim etməsindən sonra Böyük Britaniyanın yeni baş naziri təyin olunacaq.

Traas Marqaret Tetçer və Tereza Meydən sonra Britaniyanın üçüncü qadın baş naziri olacaq.

Bu səhər Dauninq stritdəki Baş nazir iqamətgahı qarşısında baş nazir kimi son çıxışını edən Boris Conson çıxışına "Məndən bu qədər" deyərək başlayıb.

Hökumətinin uğurlarından bəhs edən Conson yeni Mühafizəkarlar Partiyası hökumətinin çətinlikləri, xüsusilə də enerji böhranını aradan qaldıracağını bildirib və Liz Trassa hərtərəfli dəstək verib.

Conson partiyasını Liz Trassın arxasında birləşməyə çağırıb.

Conson və Trass bir neçə saatdan sonra Kraliça II Yelizavetanı ziyarət etmək üçün Şotlandiyadakı Balmoral qəsrinə gedəcəklər.

Züriyə Qarayeva

.