"Saxta referendum heç nəyi dəyişməyəcək" "Saxta referendum heç nəyi dəyişməyəcək"
  • Qərb
  • 21 Sentyabr 2022 14:21
  •  7 334

Ukrayna və Almaniyadan Rusiyanın referendum qərarına reaksiya

"Saxta referendum heç nəyi dəyişməyəcək"

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba separatçı administrasiyaların Rusiyaya birləşmək üçün referendum keçirmək qərarına reaksiya verib.

AzNews.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Kuleba özünün tviter hesabında yazıb.

Bildirib ki, saxta referendum heç nəyi dəyişməyəcək. Rusiya Ukrayna ərazisinin bəzi hissələrini qanunsuz olaraq işğal edərək təcavüzkar olub və olmaqda davam edir. Ukraynanın öz torpaqlarını azad etmək hüququ var və Rusiyanın nə deməsindən asılı olmayaraq, onları azad etməyə davam edəcək.

Almaniya kansleri Olaf Şolz Ukraynanın şərqində rusiyayönlü separatçıların nəzarəti altında olan qondarma Donetsk və Luqansk xalq respublikalarının Rusiyaya birləşdirilməsi ilə bağlı planlaşdırılan referendumların beynəlxalq hüquqa zidd olduğunu açıqlayıb.

Alman xəbər agentliyi DPA-nın xəbərinə görə, Nyu Yorkda BMT Baş Assambleyasının kuluarlarında referendum məsələsinə reaksiya verən Şolz “Ukraynanın şərqində sözdə referendum qəbul edilməyəcək. Çox, çox aydındır ki, bu qondarma referendumlar qəbul edilə bilməz və beynəlxalq hüquqa və dünya ictimaiyyətinin rəyinə ziddir” deyib.

Züriyə Qarayeva