• Qərb
  • 2 Dekabr 2022 16:49
  •  4 711

Məşhur reper Kanye Uest Hitleri təriflədi, Twitter hərəkətə keçdi

Sosial media şirkəti "Twitter" amerikalı reper Kanye Uestin hesabını platformanın qaydalarını pozduğu üçün yenidən dayandırıb.

Aznews.az xarici mediaya istinadla xəbər verir ki, "Twitter"in sahibi Elon Mask "Əlimdən gələni etdim. Buna baxmayaraq, bu, yenidən zorakılığa təhrik qadağamızı pozdu. Hesab dayandırılacaq" deyib.

Platforma həmçinin K.Uestin hesabını dayandırmazdan əvvəl onun tvitlərindən birini məhdudlaşdırıb.

O, antisemit şərhlər etdiyi üçün tənqid edilib.

Oktyabr ayında qanuni olaraq adını "Ye" olaraq dəyişdirən reper "sağçı" sosial media şirkəti "Parler"i almaq qərarına gəlib.

O, keçən həftə bir televiziya şousunda ifrat sağçı, sui-qəsd nəzəriyyəçisi Alex Jones ilə müsahibədə Hitleri tərifləmək də daxil olmaqla, bir sıra antisemit şərhlərə görə tənqid olunub.

Ye müsahibədə "Nasistlərin ətrafında "şər" sözünün işlədilməsini sevmirəm. Yəhudiləri sevirəm, amma nasistləri də sevirəm" deyib.

Qeyd ek ki, sözügedən reper realiti-şou ulduzu Kim Kardaşyanın yenicə boşandığı əridir.

Nuray

AzNews.az