• Qərb
  • 24 Fevral 2023 10:37
  •  4 237

ABŞ Ukraynaya əlavə təhlükəsizlik yardımı göndərəcək

ABŞ Ukraynaya əlavə 2 milyard dollar təhlükəsizlik yardımı edəcək.

AzNews.az xəbər verir ki, bu barədə milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan məlumat verib.

“Birləşmiş Ştatlar bu gün Ukraynaya əlavə 2 milyard dollarlıq təhlükəsizlik yardımı paketi elan edib”, - deyə Sullivan bildirib.

Ukraynanın F-16 döyüş təyyarələri tələbi ilə bağlı Sullivan qeyd edib ki, Ukrayna mühüm əks-hücuma keçmək üzrədir və onlar F-16-ların bu hücumlar çərçivəsində əsas imkanlar olduğunu düşünmürlər. Onun sözlərinə görə, Bayden və Ukrayna prezidenti Volodimir Zelenski də məsələni bu şəkildə müzakirə ediblər.

ABŞ-nin Rusiyaya qarşı yeni sanksiyaları fevralın 24-də müharibənin ildönümündə elan edəcəyi gözlənilir.