• Qərb
  • 10 Sentyabr 2023 20:22
  •  4 804

Şarl Mişel Ərdoğanla Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edib

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan və Ermənistan arasındakı vəziyyəti müzakirə edib.

Aznews.az xəbər verir ki, Şarl Mişel bunu X sosial şəbəkəsindəki paylaşımında bildirib.

Avripa İttifaqı Şurasının Prezidenti qeyd edib ki, G20 sammiti çərçivəsində Avropa İttifaqı-Türkiyə münasibətlərinin bütün spektrləri, Qara dəniz taxıl koridoru təşəbbüsü və regional məsələlər, xüsusi ilə Ermənistan və Azərbaycan arasındakı vəziyyət müzakirə olunub.