• Qərb
  • 21 Fevral 20:05
  •  2 385

Almaniya Nazirlər Kabineti Ukraynaya silah tədarükünün prinsiplərini açıqlayıb

Almaniya hökuməti Almaniyanın müharibə edən tərəfə çevrilməməsi şərti ilə Ukraynanı mümkün qədər dəstəkləmək niyyətindədir.

Aznews.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin sözçüsü Steffen Hebestreit mediaya bildirib.

“Yenə üç prinsipi qeyd edə bilərəm: biz Ukraynanı mümkün qədər dəstəkləyirik; nə Almaniyanın, nə də NATO-nun müharibə edən tərəfə çevrilməməsini təmin edirik; tərəfdaşlarımız və müttəfiqlərimizlə, hər şeydən əvvəl ABŞ ilə sıx və etimad əsasında koordinasiya edirik",-deyə Hebestreit qeyd edib.

Ümumilikdə Almaniya indiyədək Ukraynaya hərbi dəstək üçün təxminən 28 milyard avro məbləğində vəsait ayırıb və ya gələcək xərcləmə öhdəliklərini qoruyub saxlayıb.

Fevralın 16-da Ukrayna prezidenti Volodimir Zelenskinin Berlinə səfəri zamanı təhlükəsizlik öhdəliklərinə dair 10 il müddətinə ikitərəfli saziş imzalanıb.

Mövsüm