• Qərb
  • 27 Mart 20:50
  •  3 399

Fransada PKK tərəfdarları hava limanını dağıdıb

Terror təşkilatı tərəfdarının Türkiyəyə deportasiya edilməsinin qarşısını almaq istəyən bir qrup PKK tərəfdarı Fransada hava limanında xaosa səbəb olub. Təşkilat tərəfdarlarının zabitlərə hücumu nəticəsində 3 nəfər yaralanıb.

Son günlər Avropanın bir çox yerində xaosa səbəb olan terror təşkilatı PKK tərəfdarları bu dəfə Fransada peyda olub. Paytaxt Parisdəki Şarl de Qoll hava limanında PKK tərəfdarları qarışıqlığa səbəb olub.

Terrorçu tərəfdarının Türkiyəyə deportasiya edilməsinin qarşısını almaq üçün hava limanına gələn təxminən 50 nəfərlik qrup hava limanının əməkdaşlarına hücum edib.

Hadisələrdə 1-i qadın olmaqla 3 nəfər yaralanarkən, hava limanına da maddi ziyan dəyib.

Digər tərəfdən, Fransanın cənubundakı Marignane şəhərindəki Diyanət İşləri Türk-İslam Birliyinə (DİTİB) bağlı dərnəyə dünən axşam saatlarında əldəqayırma alışqan və partlayıcı maddələr atılaraq hücum edilib.

Mövsüm

Aznews.az