• Qərb
  • 5 İyun 2024 20:48
  •  3 303

Pistorius: Almaniyanın Ukraynaya alman əsgərlərini göndərmək planı yoxdur

Almaniya öz ordusunu Ukraynaya göndərmək niyyətində deyil.

Bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorus məlumat verib.

Almaniya üçün alternativ deputat Rüdiger Lukassen Müdafiə Nazirliyinin rəhbərinə Ukraynaya hərbi personal göndərmək planları barədə Avropa İttifaqı (Aİ) ölkələrinin Almaniya hökumətinə məlumat verilib-verilmədiyini və Berlinin xüsusi əməliyyat zonasına öz əsgərlərini göndərmək niyyətində olub-olmadığını soruşub.

Pistorius çıxışını Almaniyanın "Phoenix" televiziya kanalı yayımlayarkən, "Suallarınızın cavabları qısa və netdir. Xeyr",-deyə Pistorus qeyd edib.

Nazir həmçinin Ukraynaya dəstəyi artırmağa çağırıb. Onun sözlərinə görə, yardımın uğursuzluğu təkcə Ukraynanın müdafiəsi üçün deyil, “ölümcül nəticələrə” səbəb olacaq.

Mövsüm

Aznews.az