- Qərb
- 30 Aprel 17:47
- 1 864
Axios: Zelenski Trampla görüşdən sonra ABC müsahibəsini ləğv etdi

Ukrayna prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Trampla görüşdən sonra ABC telekanalına müsahibəsini ləğv etmək qərarına gəlib.
Bu barədə "Axios" portalı məlumat yayıb .
“Zelenski bazar günü səhər ABC-nin “This Week” verilişinə müsahibə verməli idi, lakin o, tərcümədə texniki problemlərə görə müsahibəni ləğv etmək qərarına gəlib”, – nəşr yazır.
Zelenskinin Trampla aprelin 26-da Vatikanda Papa Fransisklə vida mərasimi zamanı görüşdüyü vurğulanır.
“Axios” mənbəsinin sözlərinə görə, Ukrayna prezidenti Amerika lideri ilə görüşdən sonra “heç bir riskə getmək istəməyib”, lakin dəqiq nə olduğu açıqlanmayıb.
Mövsüm
Aznews.az