• Qərb
  • 2 May 16:47
  •  1 541

Bloomberg: Tramp milli təhlükəsizlik üçün rekord 1,01 trilyon dollar təklif edəcək

ABŞ prezidenti Donald Tramp oktyabrın 1-də başlayacaq növbəti maliyyə ilində milli təhlükəsizlik üçün rekord məbləğdə maliyyə vəsaiti tələb edəcək.

"Bloomberg" bu barədə Amerika rəsmilərinə istinadən məlumat yayıb.

Ehtimallara görə, dövlət başçısı 1,01 trilyon dollar tələb etmək niyyətindədir ki, bu da cari ilin göstəricisindən 13 faiz çoxdur.

Qeyd olunur ki, müdafiə büdcəsinə hərbçilərin maaşlarının 3,8% artırılması, Qızıl Qübbə raketdən müdafiə layihəsinin maliyyələşdirilməsi, gəmiqayırma, nüvə modernləşdirilməsi, sərhəd təhlükəsizliyi daxildir.

Mövsüm

Aznews.az