İslamabadda danışıqlara texniki fasilə verildi: Müzakirələr sabaha qaldı

İran xəbər agentliyi olan Press TV-nin məlumatına görə, İslamabadda keçirilən İran-ABŞ danışıqları texniki mərhələyə qədəm qoyub və fasilə verilib.

Buna görə də danışıqların daha bir gün uzadıla biləcəyi bildirilib.

Əl-Cəzirə telekanalının məlumatına görə, İslamabadda İran, ABŞ və Pakistan arasında danışıqlar üzbəüz aparılıb.

ABŞ-ın vitse-prezidenti JD Vens, xüsusi nümayəndə Stiv Vitkoff və Cared Kuşner İran Parlamentinin sədri Qalibaf və xarici işlər naziri Arakçi ilə görüşüblər.

Bildirilib ki, danışıqlarda Pakistan ordusunun komandanı da iştirak edib.

İranın xəbər agentliyi olan "Tehran Times" İranın danışıqlar qrupunun ABŞ ilə danışıqlar üçün lazımi qərarları vermək üçün Hizbullahla əlaqə saxladığını bildirib.

AzNews.az