• Qərb
  • 12 May 20:45
  •  928

Tramp ABŞ-Avropa İttifaqı ticarət əlaqələrini iyrənc adlandırıb

ABŞ prezidenti Donald Tramp Avropa İttifaqı (Aİ) ilə ticarəti Çindən daha iyrənc hesab etdiyini bildirib.

O, bu barədə Ağ Evdə jurnalistlər qarşısında çıxışı zamanı bildirib.

"Onlar [Aİ] iyrənc idilər. Mən görürəm ki, Avropa İttifaqı ilə ticarət bir çox cəhətdən Çinlə ticarətdən daha iyrəncdir", - deyə Tramp qeyd edib.

Tramp Aİ-nin Amerika dərman şirkətlərini “sevmədikləri şeyləri etməyə” məcbur etdiyini açıqlayıb. Prezident əlavə edib ki, Avropa ölkələri də öz hakimlərindən istifadə edərək tez-tez Amerika şirkətlərini məhkəməyə verirlər.