Rutte: NATO Putin-Tramp danışıqlarını müsbət addım kimi görür

Rusiya prezidenti Vladimir Putinlə Amerika lideri Donald Trampın söhbəti müsbət addımdır.

Bu barədə NATO-nun baş katibi Mark Rutte məlumat verib.

"Yanvar ayına qədər Rusiya ilə heç bir müzakirə aparılmadı. Bu söhbət çox müsbət addımdır və əvvəllər mövcud olmayan birbaşa əlaqəni bərpa edir", - Rutte bildirib.

Rutte əlavə edib ki, Trampın Putinlə söhbətindən sonra Ukrayna prezidenti Volodimir Zelenskiyə zəng etməsi də müsbət haldır.

Mövsüm

Aznews.az