- Qərb
- 20 May 19:34
- 810
Fransanın cənubunda tufan və daşqınlar nəticəsində üç nəfər ölüb

Fransanın cənubunda yerləşən Var bölgəsindəki Vidauban və Le Lavandu ərazisində baş verən tufan və daşqınlar nəticəsində 3 nəfər ölüb.
Bu barədə "BFMTV" telekanalı məlumat yayıb.
"Mayın 20-si çərşənbə axşamı səhər tezdən Var departamentini fırtınalar və güclü yağış vurub. Onların intensivliyi daşqınlara səbəb olub. Le Lavandu və Vidaubanda ən azı üç nəfər ölüb", - telekanalın hesabatında deyilir.
Vidobanda təkcə səhər saatlarında 186 mm yağıntının düşdüyü, lakin bu rayonda aylıq yağıntının normasının 54 mm olduğu bildirilir. Digər bələdiyyələrdə yağıntının miqdarı təxminən 80-100 mm-dir.
Mövsüm
Aznews.az